İraqın Ənbar vilayətində iki terrorçu-intiharçının hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 23 əməkdaşı ölüb.
Toqquşma nəticəsində 21 nəfər xəsarət alıb.
Məlumata görə, terrorçular Əl-Cubba regionundakı təhlükəsizlik qüvvələri əməkdaşlarının olduğu məscidə hücum ediblər.
Partlayış nəticəsində ilkin olaraq 10 nəfər ölüb. Bundan sonra baş vermiş atışma zamanı daha 13 təhlükəsizlik əməkdaşı dünyasını dəyişib.
Terror aktına görə məsuliyyəti heç kəs üzərinə götürməyib.
///Trend