Belçikada Anderlext şəhər məscidi hücuma məruz qalıb. İti bıçaq və balta ilə silahlanmış vandal şəhərin məscidinə daxil olaraq, alışdırıcı maddərlə məscidi oda verib. Yerli şahidlər kimliyi açıqlanmayan cinayətkarın axşam namazı vaxtı məscidə basqın etdiyini bildirib. Xoşagəlməz hadisəni rəsmi Brüsel də təsdiqləyib. Baş prokurorluğun verdiyi məlumata əsasən, içəridə olan dindarlar cinayətkarın öhdəsindən gələrək, onu bağlaya bilsə də, insident nəticəsində məscidin imamı dünyasını dəyişib. Hazırda cinayətkar polis tərəfindən dindirilir. Cinayətkarın üzərində şəxsiyyəti təsdiq edən sənəd olmasa da, o, 1978-ci ildə müsəlman ailəsində doğulduğunu bildirib.