Qusar rayonunda meşədə meyit tapılıb.
AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, sentyabrın 23-də Əvəcuğ-Xürəl kəndinin meşəlik ərazisində Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Səadət Həsənovanın bıçaqla kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, sentyabrın 21-i Bakı şəhəri Xətai rayonunun ərazisində Əvəcuğ kənd sakini, əvvəllər məhkum olunmuş 1999-cu il təvəllüdlü Kamran Seyidov qısqanclıq zəminində tanışı S.Həsənovanı bıçaqla öldürüb.
Daha sonra meyitini idarə etdiyi "Mersedes” markalı avtomobillə kəndin meşəlik ərazisinə gətirib.
K.Seyidov polis əməkdaşları tərəfindən tutulub.
Araşdırma aparılır.










































