Meşədən 43 yaşlı kişinin meyiti tapıldı

Meşədən 43 yaşlı kişinin meyiti tapıldı
HADİSƏ
12:12 14.02.2026
457
Şabran rayonunda meşədən meyit tapılıb.

AZXEBER.COM xəbər verir ki, hadisə fevralın 12-si saat 20 radələrində Zeyvə kəndi yaxınlığındakı meşə zolağında qeydə alınıb.

Kənd sakini 1983-cü il təvəllüdlü Nəsimi Mahmudovun meyiti həmin ərazidə aşkar edilib.

Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verdiyi rayon prokurorluğunda araşdırılır.
 
"Qafqazinfo”
OXŞAR XƏBƏRLƏR