Bu sözləri Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İranın Sari şəhərində Mazandaran əyalətinin Ticarət Palatasının nümayəndələri ilə görüşündə deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir. Axundov deyib ki, Mazandaran əyalət başçısı Azərbaycan baş konsulluğunun bu əyalətdə fəaliyyət göstərməsini təklif edib. "Məşhəd şəhərində baş konsulluğun fəaliyyəti bizim üçün prioritet məsələdir, Mazandaran və Gilan əyalətlərində də baş konsulluğun olması iki ölkə arasında əlaqələrin inkişafına kömək edəcək", - deyə səfir qeyd edib. Diplomat iki ölkə arasında daha sıx iqtisadi əlaqələrin qurulması üçün bu məsələnin yaxın vaxtlarda Azərbaycan-İran birgə iqtisadi komissiyasının keçiriləcək iclasında müzakirə ediləcəyini bildirib. Hazırda Azərbaycanın Təbrizdə baş konsulluğu fəaliyyət göstərir.