Hazar Ergüçlü rejissor sevgilisi Onur Ünlüdən ayrılıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, türkiyəli aktrisa Hazar Ergüçlü ilə Onur Ünlünün ayrıldığı iddia edilib.
Hər zaman aralarındakı 19 yaş fərqinə fikir vermədiklərini bildirən cütlüyün ayrılma səbəbi diqqət çəkib. Ergüçlü ilə Ünlünün fikir ayrılığına görə ayrıldığı iddia edilib.
Digər tərəfdən, Hazar Ergüçlü bu yaxınlarda diqqətçəkən açıqlama verib. Sevgilisi Onur Ünlünün geyimi haqqında nə düşündüyünü deyən Ergüçlü "Əksinə, Onur məni belə geyinməyə təşviq edir. Mən bəzən "Çox açıq-saçıqdır, geyinmirəm" deyirəm, lakin o, "Xeyr, məncə bunu geyinməlisən”, - deyə açıq-saçıq geyinməyini istədiyini bildirərək gündəm olmuşdu.
Ayşən