Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının dəstəyi ilə 10 mart -Milli Teatr Günü münasibətilə təntənəli tədbir keçirilib.
AZXEBER.COM xəbər verir ki, tədbirdə teatrın Memorandum imzaladığı türkdilli ölkələrin teatr rəhbərləri iştirak edir.
Türkiyənin Dövlət Teatrlarının müdiri, məşhur aktyor və rejissor Tamer Qaradağlı martın 8-də Akademik Milli Dram Teatrında qonaq olub.
Teatrın direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov Tamer Qaradağlıya rəhbərlik etdiyi teatrın tarixi və müasir uğurları haqqında məlumat verib, qonağı teatrın binası, texniki və səhnə imkanları ilə tanış edib.
Aysel






















































