Türk aktyorun həyatı üçün təhlükə yoxdur.
Türkiyənin İstanbul şəhərində məşhur aktyor Pamir Pekin bıçaqlanıb. Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla gecə 2 radələrində baş verib. Aktyorun sırasında olduğu qrupla digər bir qrup arasında dava baş verib. Nəticədə aralarında Pamir Pekin də olmaqla 3 nəfər bıçaqlanıb. Aktyoru yaralayan şəxsin saxlanıldığı bildirilir. Pamir Pekinin isə həyatı üçün təhlükə mövcud deyil. Qeyd edək ki, 33 yaşlı aktyor "Tozlu yollar", "Lale Devri", "Keskin bıçaq", "Komissar Nevzat" kimi filmlərdə rol alıb.