Məşhur aktyor nəvəsi yaşda qadınla evləndi - FOTO

MAQAZİN
11:35 30.01.2013
2499

Populyar britaniyalı aktyor-komik Freddi Star nəvəsi yaşda qadınla evlənib.

70 yaşlı aktyor 31 yaşlı müğənni Sofi Li ilə ailə həyatı qurub. 4 övladı olan Freddi indi beşinci övladını gözləyir. Sofi hamilədir. Freddi və Sofi üç il əvvəl tanış olmuşdular. Ötən ilin noyabrında həbs edilmiş Star BBC studiyasında azyaşlı qızlara təcavüz cəhdlərində suçlanmışdı. Mərhum teleaparıcı Cimmi Sevilin çirkin əməllərinin təhqiqatı çərçivəsində aparılan istintaqdan verilən məlumata görə, Star martda yeni ifadələr verməlidir. Stara ərə getmək üçün ərindən boşanmış Sofinin 10 yaşlı oğlu var. Starın isə əvvəlki 5 nikahdan 4 övladı var.(milli.az)

OXŞAR XƏBƏRLƏR