Məşhur Hollivud ulduzu, “Oskar” mükafatı laureatı aktyor Maykl Duqlasın oğlu barəsində məhkəmə 4.5 il həbs qərarı verib. Məlumata görə, bu, Kamerun Duqlas barəsində narkotik istifadəçisi olduğu üçün verilən növbəti həbs qərarıdır. Qeyd edək ki, Manhattan Federal məhkəməsinin verdiyi qərar prokurorluğun tələb etdiyi cəzanın iki qatından çoxdur.