Məşhur aktyorun qızı metroda pivə içərkən tutuldu

DÜNYA
08:46 02.08.2012
1929
Məşhur aktyor, Hollivud ulduzu Bryus Uillisin keçmiş həyat yoldaşı aktrisa Demi Murla nikahından olan qızı, 20 yaşlı Skaut Uillisi polis metroda pivə içdiyi üçün saxlayıb. Buna səbəb isə ABŞ-da ictimai yerlərdə spirtli içkilər qəbul etməyin qanunla qadağan edilnməsidir. Spirtli içkiləri yalnız 21 yaşı tamam olmuş şəxslər ala bilərlər. Qanun keşikçiləri ondan sənəd tələb edən zaman ulduz övladı şəxsiyyəti təsdiq edən saxta sənədi göstərməklə onları aldatmağa cəhd edib. Nəticədə gənc qız gecəni dəmir barmaqlıqlar arxasında keçirməli olub. Bir gün sonra isə o, zaminsiz azadlığa buraxılıb.

OXŞAR XƏBƏRLƏR