Məşhur aparıcının xərçənglə mübarizəsində xoş xəbər

Məşhur aparıcının xərçənglə mübarizəsində xoş xəbər
MAQAZİN
10:55 04.05.2026
189
Məşhur Türkiyə televiziya aparıcısı Serap Paköz bir müddətdir ki, süd vəzi xərçəngi ilə mübarizə aparırdı.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstəxanada müalicə alan aparıcı səhhəti ilə bağlı sevindirici xəbəri izləyiciləri ilə bölüşüb.

O, keçdiyi müalicə prosesinin ardından tibbi testlərinin tamamlandığını və nəticələrin müsbət olduğunu açıqlayıb.
 
Aparıcının sözlərinə görə, həkim müayinələrinin nəticələri onun sağlamlıq vəziyyətində ciddi irəliləyiş olduğunu göstərir.

Serap Paköz bu xoş xəbəri sosial media hesablarında pərəstişkarları ilə paylaşaraq, çətin dönəmdə ona dəstək olan hər kəsə təşəkkür edib. O, həmçinin bu müddətdə göstərilən diqqət və duaların onun üçün böyük motivasiya mənbəyi olduğunu vurğulayıb.

Aysel
OXŞAR XƏBƏRLƏR