Məşhur avtomobil markası 2 500 nəfəri işdən çıxaracaq

Məşhur avtomobil markası 2 500 nəfəri işdən çıxaracaq
DÜNYA
11:10 23.10.2026
186
İsveçin avtomobil istehsalçısı "Volvo Cars” xərcləri azaltmaq məqsədilə qənaət tədbirlərini genişləndirir.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, şirkət Çinli rəqiblərin təzyiqi, gömrük rüsumları və ABŞ-da tələbatın zəifləməsi səbəbindən maliyyə çətinlikləri ilə üzləşib.

Çinin "Geely Holding” şirkətinin əsas səhmdarı olduğu "Volvo Cars” üçüncü rübdə 3,7 milyard İsveç kronu (373 milyon dollar) məbləğində düzəliş edilmiş əməliyyat zərəri açıqlayıb. Halbuki ötən ilin eyni dövründə şirkət 5,8 milyard kron mənfəət əldə etmişdi.

Şirkət daha əvvəl elan etdiyi qənaət tədbirlərinə əlavə olaraq, gələn ilin sonunadək xərcləri daha 5 milyard kron azaltmağı planlaşdırır. İxtisarların məsləhətçilik müqavilələrinin dayandırılması və müəyyən əməkdaşlara işdən ayrılmaq təkliflərinin verilməsi yolu ilə həyata keçiriləcəyi bildirilib.

Gömrük rüsumları, elektrik avtomobillərinə tələbatın azalması və yüksək inkişaf xərcləri şirkətin səhmlərinə də təsir edib. "Volvo Cars”ın səhmləri bu həftə rekord aşağı səviyyəyə düşüb və ilin əvvəlindən bəri 54 faiz dəyər itirib.
OXŞAR XƏBƏRLƏR