Məşhur azərbaycanlı boksçu Bakının mərkəzində qadını əzişdirdi

Məşhur azərbaycanlı boksçu Bakının mərkəzində qadını əzişdirdi
İDMAN
10:40 13.05.2019
4306
Qadınlardan ibarət boks üzrə milli komandanın üzvü Məryəm Cəbrayılova küçədə qadına hücum edib.

Günay Zeynalova adlı qadın avtomobillə Xaqani bağı istiqamətində hərəkət edərkən əks yoldan daxil olan M.Cəbrayılovanın da içərisində olduğu avtomobil onun qarşısını kəsib və yolu bağlayıb. G.Zeynalova etirazını bildirdikdə isə avtomobildən düşən Məryəm Günaya hücum edib.

Məsələ ilə bağlı musavat.com-a danışan G.Zeynalova hələ də hadisənin şokundan çıxa bilmədiyini deyib: "Mayın 5-də saat 18 radələrində övladımla "Xaqani" bağının yanında avtomobilimə əyləşdim. Avtomobili park etdiyim yerdən hərəkət istiqamətində hərəkət etdirərkən 99-XZ-131 dövlət qeydiyyat nişanlı avtomobil mənimlə üzbəüz gəldi.

Qeyd edim ki, həmin küçədə hərəkət birtərəflidir və həmin şəxslər yol hərəkəti qaydalarını açıqca pozurdu. Baş verənlər hamısı kameralara düşüb. Mən də etirazımı bildirdim. Qəfildən Məryəm maşından düşüb, mənə yaxınlaşdı. Pəncərədən əlini uzadıb, üzümə yumruq vurdu. Mən başımdan yenicə əməliyyat olunmuşam. Əməliyyatımın yerinə zərbələr endirdi. Saçımı yolmağa başladı. Şoka düşdüyüm üçün hərəkət edə bilmədim. Bir onu xatırlayıram ki, arxada oturan 8 yaşlı qızım saçımı onun əlindən almağa çalışırdı. Sonra camaat onu dartıb, apardı. Qışqırmağa başladım. Qızım elə qorxmuşdu ki, mənə yaxın gəlmirdi. Sonra 102-yə zəng etdim, 39 nömrəli polis bölməsinə getdik. Orada da bacımı hədələdi".

G.Zeynalova məşhur boksçunun cəza almasını istədiyini dilə gətirib: "Maddi-mənəvi ziyan çəkmişəm. Orada 10 min avroluq saatım itdi. Bir neçə gün öncə fikirli olub, maşını vurmuşam. Psixologiyam pozulub, gecələr kabus görürəm. Qızımın da psixologiyası pozulub. İkimiz də psixoloqdan dəstək alırıq. Tək istəyim ədalətli qərarın verilməsidir. Məryəm Cəbrayılovanın layiqli cəza almasını istəyirəm. Çünki bu, sabah küçədə başqa qadının da başına gələ bilər. Mənim yaşadıqlarımı başqalarının yaşamasını istəmirəm".

Qeyd edək ki, G.Zeynalova bir çox məşhur müğənninin klipində rol alıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
13:18 06.10.2026
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
13:12 06.10.2026
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
13:02 06.10.2026
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
12:41 06.10.2026
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
12:37 06.10.2026
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
12:33 06.10.2026
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
12:19 06.10.2026
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
12:14 06.10.2026
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
11:57 06.10.2026
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
11:56 06.10.2026
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
11:53 06.10.2026
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
11:43 06.10.2026
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
11:38 06.10.2026
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
11:25 06.10.2026
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
11:18 06.10.2026
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi
11:09 06.10.2026
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi