"Fifty Shades of Grey" ("Bozun 50 çaları") filminin növbəti hissəsinin ilk treyleri yayımlanıb.
AZXEBER.COM-un xarici KİV-ə istinadən məlumatına görə, "Firty Shades Freed" ("Azadlığın 50 çaları") adlanan üçüncü hissənin ilk videosunu sutka ərzində 1.7 milyon izləyib.
Baş rollarda aktyorlar Dakota Conson və Ceymi Dornanın oynadığı film 2018-ci il fevralın 9-da işıq üzü görəcək.
Ekran işinin üçüncü hissəsində Dakota və Dornanın canlandırdığı qəhrəmanlar evlənəcək.