"The Sopranos" və "The Wire" filmlərindəki rolları ilə tanınan aktyor Çarli Skalis 84 yaşında uzun müddət Alzheimer xəstəliyi ilə mübarizədən sonra vəfat edib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə aktyorun ailəsi məlumat verib.
"The Wire” filmində də rol alan Çarli cümə axşamı Pensilvaniyadakı qocalar evində vəfat edib.
O, The Sopranos-da məşqçi Molinaro rolunu oynayıb.
Legacy.com saytında aktyorla bağlı yazılan yazıda aktyorun işindən əlavə şəxsi münasibətlərində olduqca yaxşı bir insan olaraq xatırlanacağı qeyd olunub:
"Skalis alzheimer xəstəliyi ilə uzun sürən mübarizədən sonra dinc şəkildə dünyasını dəyişib. Hər şeydən əvvəl o, yaxşı həyat yoldaşı, ata, baba, əmi və yaxşı dost kimi tanınırdı. Həyat yoldaşı, uşaqları və nəvələri onun hekayələri üçün darıxacaqlar. Onu əbədi olaraq ürəklərində saxlayacaqlar".
Oksana