Cənubi Koreyalı futbolçu Kanq Ci Yonq 37 yaşında dünyasını dəyişib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə onun sosial media hesabında paylaşım edilib.
Kədərli xəbəri daha bir keçmiş futbolçu Ku Bon-sanq açıqlayıb. Ölümün səbəbi açıqlanmayıb.
Kanq Ci Yonq kimdir?
1989-cu ildə anadan olan Kang Ji-yong 2009-cu ildə K-Liqasının layihəsində Pohang Steelers tərəfindən ümumi 5-ci seçilib. O, Cənubi Koreyanın 20 yaşadək futbolçulardan ibarət milli komandasında çıxış edib. Yonq karyera dövründə Busan I'Park, Bucheon FC 1995, Gangwon FC və Incheon United kimi komandalarda çıxış edib.
O, karyerasının ən uğurlu dövrünü 2014-2016-cı illər arasında oynadığı Bucheonda keçirib. 2015-ci ildə komandanın kapitanı olub.
2022-ci ildə futboldan ayrılan müdafiəçi karyerası ərzində 7 qol vurub, 2 məhsuldar ötürmə edib.
Oksana