Və ya evtanaziya barədə bilmədiklərimiz nələrdir...
Xəbər verdiyimiz kimi, amiotrofik lateral sklerozdan əziyyət çəkən niderlandlı futbolçu Fernando Rikseniyunun 28-də öləcək. Riksen həmin tarixdə evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanının öz razılığı ilə həyatdan məhrum edilməsi) olunacaq.
Bir neçə ildir şiddətli ağrılardan əziyyət çəkən Fernando artıq müstəqil şəkildə hərəkət edə və danışa bilmir. Riksen evtanaziya ediləcəyi gün canlı yayım edərək hər kəslə vidalaşacağını deyib: "28 iyun mənim üçün xüsusi gündür. Bu, mənim son gecəm olacaq. Gəlin bu gecəni unudulmaz edək”.
Qeyd edək ki, Hollandiya millisinin keçmiş üzvü olan Riksen "Fortuna Sittard”, "AZ Alkmaar”, "Qlazqo Reyncers” və "Zenit” klublarında oynayıb.
"Yeni Müsavat” isə xatırladır 2012-ci ildən Niderlandın Lahey şəhərindəki klinikada ölümcül xəstələrə evtanaziya xidməti göstərilir. Niderlandın Lahey şəhərində qanuni evtanaziyanın mümkün olduğu ilk klinika açılıb. Klinika ölümcül xəstələrə qanuni çərçivədə öz istəkləri ilə həyatlarına son vermək imkanı verir. Bu özəl klinika istəyi həkimlər tərəfindən qəbul edilməyən xəstələrə xidmət edir. Xəstə qəbuluna başlayan klinikada ilk mərhələdə 70 nəfərin ölümü reallaşıb.
Evtanaziya Təşkilatının sədri Petra de Yonq verdiyi açıqlamada bildirib ki, evtanaziya xəstələrin şəxsi həkimləri varsa, psixiatrları və müalicə olunduqları xəstəxanalarla müzakirə aparıldıqdan sonra həyata keçirilir. Açılan ilk özəl evtanaziya klinikası ilə ölümcül xəstələrə qanuni olaraq evtanaziya imkanı verən ilk ölkə Niderlanddır.
Hollandiyada evtanaziyaya verilən tərif aşağıdakı kimidir: "Bu və ya digər şəxsin öz istəyi ilə həyatına son qoymaq qərarı və həmin qərarın bu işdə maraqlı olmayan şəxs tərəfindən yerinə yetirilməsi evtanaziya adlanır”. Yunan dilindən tərcümədə isə bu söz "gözəl ölüm” deməkdir. Sağalmaz, ağrılı, əzabverici bir xəstəlikdən əziyyət çəkən bir adama və ya bir heyvana ağrısız və ya çox az ağrıdan ölümcül iynə vurularaq, yüksək dozada dərman verilərək öldürülməsinə evtanaziya deyilir.
"Evtanaziya” sözü ilk dəfə XVII yüzillikdə F.Beykon tərəfindən işlənib. O, bu sözü "yüngül ölüm” mənasında işlədib. XIX əsrdə isə bu ifadə "kimisə mərhəmətdən öldürmə” mənasını daşımağa başlayıb. Əslində evtanaziya ideyası qədimdən yaranıb. Lakin yazının əvvəlində də qeyd etdiyim kimi, Hippokrat buna sıcaq yanaşmayıb və uzun əsrlər buna yasaq qoyulub.
Dünyanın bir neçə ölkəsində insanların həyatı könüllü tərk etməsinə icazə verilir. Birinci məkan Fələstindir. Burada könüllü ölməyin çox sadə və çeşidli yolları var ki, hamısına da "sionist işğalçılarına qarşı şəhadət” deyilir: şəhid olmaq istəyən kəs ölümü könüllü seçir, sonra da israillilərə maksimum ziyan vurmaq ıçın özünü partladır.
İkinci məkan Hollandiyadır ki, burada ağır xəstə olan insanların ölüm seçmələri qanunla rəsmiləşdirilib.
Üçüncü məkan ABŞ-ın Oreqona, Vaşinqton, Oregon, Montana və Vermond ştatlarıdır. Oreqonada 1997-ci ildən bəri qüvvəyə minmiş yerli qanuna görə, könüllü ölüm proseduru yolverilən sayılır. Dördüncü ölkə isə Hollandiya sayılır.
Belçika parlamenti evtanaziya qanununa dəyişiklik edərək onun uşaqlara da şamil olunmasına icazə verib. Qeyd edək ki, Belçika dünyada belə bir qanun qəbul edən ilk ölkədir.
Evtanaziyanın müxtəlif formaları var. Passiv evtanaziya müxtəlif şərtlər altında müxtəlif ölkələrdə qanuni olduğu halda aktiv evtanaziya bir çox ölkədə qadağandır. Passiv evtanaziya dedikdə öldürücü yoluxucu xəstəliyi olan birinin müalicə edilmədən passiv olaraq ölümünə gətirilib çıxarılması deməkdir.
Braziliyanın Kuritiba şəhərində intensiv terapiya xəstəxanasının baş həkimi Soareş de Souzanın ən azı 7 nəfərin ölümündə günahkar olmasından sonra bu fakt cəmiyyətə açıqlanmışdı. İttiham olunanlar arasında Souza ilə yanaşı, daha 3 həkim, 3 tibb bacısı və fizioterapevt olub. Onlar kritik vəziyyətdə xəstəxanaya gətirilən pasiyentlərə evtanaziya tətbiq ediblər. Xəstəxanadakı vəziyyətlə bağlı polisə çoxdan məlumat verildiyi bildirilir. Hətta 2012-ci ilin dekabrında xəstələrdən biri evə yazdığı məktubda onu xəstəxanada öldürmək istədiklərini və evə aparılmasını xahiş edib. Həkimin içdiyi Hippokrat andını niyə pozduğu məlum deyil. Belə bir versiya da var ki, o, bəzi pasiyentləri xəstəxanada yer boşaltmaq üçün öldürüb. Əgər onun bu cinayəti sübuta yetirilsə, 2004-cü ildə 15 pasiyenti öldürmüş və daha 240 nəfəri öldürdüyü güman olunan britaniyalı həkim Harold Şipmanı arxada qoyacaq.
Azərbaycanda isə evtanaziya qanunla qadağandır. "Pasiyentin hüquqları haqqında” Qanun layihəsində tibb işçilərinin ölümü tezləşdirmək haqqında (evtanaziya) pasiyentin özünü, onun qohumlarını və ya maraqlarını təmsil edən şəxslərin xahişini yerinə yetirməsi qadağan olunur. Yeni qanuna əsasən, beyin ölümü faktının konstatasiyası zamanı pasiyentin həyatının saxlanılması vasitələrinin kəsilməsi haqqında qərar yazılı surətdə həkim məsləhət komissiyası tərəfindən qəbul edilir. Qanunda həmçinin qeyd olunub ki, transplantasiya məqsədilə orqan və (və ya) toxumalar çıxarılarkən həyatın saxlanılması vasitələrinin kəsilməsi haqqında qərarın qəbuluna transplantoloqların və donor xidmətinin işini təmin edən və maliyyələşdirən şəxslərin cəlb edilməsinə yol verilmir.
Lakin dində bununla bağlı nadir hallarda istisna hal da var. Məsələn, əgər hər hansı xüsusi vəziyyət yaranarsa, yəni ağır sağalmaz xəstənin xəstəliyini başqalarına yoluxdurmaq riski varsa, istisna kimi bu addımı atmaq olar. Amma ekspertlərin fikrincə, bunun kütləvi hal kimi yayılmasına qətiyyən yol vermək olmaz.
Evtanaziyanı bir çox hallarda intiharla bərabərləşdirirlər. Bu halda evtanaziya da intihar kimi haram sayılır. İntihar etmək haram olduğu kimi, bir şəxsin özünün öldürülməsini tələb etməsi və belə bir tələbi yerinə yetirmək də haramdır. Evtanaziyaya hər necə don geyindirilsə belə, bu, intihar sayılır. Dini ekspertlərə görə, xəstə insanı bu cür öldürənlərlə sağlam bir insanı öldürmək arasına heç bir fərq yoxdur. "Xəstəlik, çətinlik və acı hadisələr insanların sınanması, imtahanıdır. Quranda da ”Allah səbr edənlərlədir", - deyilir.