Məşhur iş adamı 72 yaşında ata olacaq

Məşhur iş adamı 72 yaşında ata olacaq
DÜNYA
11:14 18.06.2026
280
Türkiyənin tanınmış iş adamı Ali Ağaoğlu 72 yaşında yenidən ata olmağa hazırlaşır.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ağaoğlunun 15 ildir birlikdə olduğu, özündən 36 yaş kiçik "2007-ci il Miss Model of Turkey" gözəllik müsabiqəsinin qalibi həyat yoldaşı Bige Yıldırımer hamilədir.

Beş övladı və beş nəvəsi olan iş adamı altıncı dəfə ata olmaq sevinci yaşayır. Cütlüyün yaxın çevrəsinin məlumatına görə, hamiləlik xəbəri ailədə böyük sevinc yaradıb.

İddialara əsasən, xoş xəbəri aldıqdan sonra Ali Ağaoğlu sevgilisi Bige Yıldırımerə Bodrumda yerləşən lüks bağ evi hədiyyə edib.

Aysel
OXŞAR XƏBƏRLƏR