Məşhur jurnalistin işlətdiyi "Topaz"ı soydular

Məşhur jurnalistin işlətdiyi "Topaz"ı soydular
Bütün Xəbərlər
11:58 24.07.2015
1656
Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən "Topaz" məntəqəsindən oğurluq olub.
"Report"un məlumatına görə, naməlum şəxslər gecə saatlarında obyektin qapısının qıfılını qıraraq oradan bir ədəd noutbuk oğurlayıblar.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin (RPİ) 36-cı Polis bolməsinin əməkdaşları cinayəti torədən şəxslərin axtarışlarını davam etdirir.
Oğurluq edilən "Topaz" məntəqəsini ANS televiziya kanalının keçmiş idman jurnalisti Asif Bağırov işlədir.
A.Bağırov "Report"a açıqlamasında məlumatı təsdiqləyib. O, obyektdən noutbukla yanaşı, datakart və təxminən 400 manatlıq uduş kuponları da aparıldığını deyib.
OXŞAR XƏBƏRLƏR