Məşhur müğənni üçün donor axtarılır

Məşhur müğənni üçün donor axtarılır
MAQAZİN
15:39 03.03.2026
268
Türkiyə Arabesk musiqinin güclü səsi olan Cansever bir müddətdir qan xərçəəngindən müalicəsi alır.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniyada kimyaterapiya prosesi davam edən sənətçi uyğun bir donor tapılarsa, mart və ya aprel aylarında sümük iliyi nəqli əməliyyatı keçirəcək.

Çətin prosesə baxmayaraq, əhval-ruhiyyəsini yüksək saxlayan Cansever pərəstişkarlarına bu sözlərlə müraciət edib:
 
"Bu xəstəlik məni ruhdan salmayıb. Heç vaxt inamımı və ümidimi itirməmişəm. Özümü güclü hiss edirəm və bu döyüşdə qalib gələcəyimə ürəkdən inanıram. Xahiş edirəm məni dualarınızda saxlayın, ən qısa zamanda səhnədə yenidən görüşəcəyik.”
 
Aysel
OXŞAR XƏBƏRLƏR