Məşhur müğənni dağıntılar altında qalan yaxınları üçün ağlayaraq kömək istəyib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Hataylı məşhur müğənni Karsu sosial şəbəkədə paylaşdığı videoda Hatayda dağıntılar altında qalan bibisi, nənəsi və əmisi oğulları üçün kömək istəyib.
Məlumat üçün bildirək ki, Kahramanmaraşda baş verən və 10 vilayətdə dağıntılara səbəb olan 7,7 və 7,6 bal gücündə iki zəlzələdə balans hər keçən dəqiqə ağırlaşır.
Kilis, Diyarbəkir, Adana, Osmaniye, Şanlıurfa, Adıyaman, Qaziantep, Malatya və Hatayda iki zəlzələ böyük dağıntılara səbəb olarkən, axtarış-xilasetmə işləri aramsız olaraq davam edir. Xilasedicilər dağıntılar altından vətəndaşları çıxarmaq üçün axtarışları davam etdirir.
Məşhur müğənni Karsu da İnstaqram paylaşımında dağıntılar altında qalan yaxınları üçün ağlayaraq kömək istəyib. "Mən də hər kəsə mesaj göndərmək istəyirəm. Xalam yox, nənəm yox, əmioğlularım... Hatay yoxdur. Kömək edin”, - deyə paylaşımda bildirib.
Ayşən