Məşhur müğənni həyat yoldaşını öldürüb intihar etdi

DÜNYA
14:41 09.12.2014
2022
Qan donduran hadisə cütün Los Ancelesdəki evində reallaşıb.
Amerikalı reper Earl Hayes onu məşhur bir müğənni ilə aldatmaqla günahlandırdığı rəqqas və aktrisa həyat yoldaşı Stephanie Moseleyi öldürüb, sonra isə özü intihar edib.
Hayes həmin anları telefonunun görüntülü danışıq kamerasından istifadə edərək boksçu dostu Floyd Mayweather Jr.-a izlədib.
Qan donduran hadisə cütün Los Ancelesdəki evində reallaşıb.
Həyat yoldaşının məşhur bir müğənni ilə əlaqəsi olduğundan şübhələnən Hayes, dostu Mayweather Jr.-la telefonla görünüşlü görüşmə edərkən, əvvəl Moseleyi vurub. Daha sonra da silahını özünə yönəldərək, həyatına son verib. Mayweather Jr. isə telefonla yaşanan hər şeyi görüb.
Hayes onunla telefon vasitəsilə görüşməsi əsnasında həyat yoldaşını öldürəcəyini söyləyib, Mayweather Jr. isə dostunu bunu etməməsi üçün razı salmağa çalışsa, heç bir faydası olmayıb.
Səhər saatlarında hadisə yerinə gedən Los Anceles polisi, evdə cütün cansız bədənləri ilə qarşılaşıb. Qonşular, hadisə əsnasında bir qadın qışqırığı və silah səsi eşitdiklərini söyləyiblər.
///Oxu.az
OXŞAR XƏBƏRLƏR