Türkiyənin məşhur müğənnisi Gökhan Özen infarkt keçirib.
AZXEBER.COM xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında status yazaraq sevənlərinə bu barədə xəbər verib.
"Dünən gecə Los-Ancelesdəki evimdə infarkt keçirdim. Bir müddət xəstəxanada nəzarət altında qaldıqdan sonra evə buraxıldım", - deyə Özen qeyd edib.
Qeyd edək ki, Türkiyəni tərk edən Gökhan Özen 7 ildir Los-Ancelesdə yaşayır.
Günel