Məşhur müğənni reanimasiyaya yerləşdirildi - Vəziyyəti ağırdır

Məşhur müğənni reanimasiyaya yerləşdirildi - Vəziyyəti ağırdır
MAQAZİN
10:32 17.04.2026
168
Türkiyəli müğənni Rza Tamer xəstəxanaya yerləşdirilib.
 
AZXEBER.COM türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən axşam saatlarında Bodrumdakı evində haı pisləşən müğənni reanimasiyaya yerləşdirilib.
 
İlkin məlumata görə, onun vəziyyəti ağırdır.
 
Xatırladaq ki,  bir neçə ay öncə Bakıdakı restoranlardan birində səhnəyə çıxmalı olan  Rza Tamer son anda bundan imtina etmişdi. O, sosial şəbəkə hesabında verdiyi açıqlamada səhnəyə çıxmamasına səbəb kimi Azərbaycanda Türkiyə lirəsindən istifadə edə bilməməsini göstərmişdi. İfaçının bu videosu birmənalı qarşılanmayaraq, tənqid edilmişdi.
 
Aysel
OXŞAR XƏBƏRLƏR