Ledi Qaqa Amsterdamda qalmaqallı addım atıb.
Amsterdamdakı konsert zamanı tamaşaçılardan kimsə səhnəyə bir qutu siqaret atıb. “Siqaret: Yox, yox, yox”, - Ledi Qaqa deyib. Bir qədər sonra ona nəşə veriblər. “Oooo, sağ olun. Bu, daha realdır”, - müğənnni sevincini gizlətməyib və səhnədə nəşə çəkib. Nəşəni çəkdikdən sonra o, narkotikin lehinə geniş çıxış edib və bildirib ki, o, həyatını dəyişib, özünü daha az içməyə vadar edib.
Müğənni deyib ki, marixuana onun özü və musiqiçi üçün mənəvi təcrübədir.