Məşhur müğənninin keçmiş əri həbs edildi: Toya basqın etdiyinə görə

Məşhur müğənninin keçmiş əri həbs edildi: Toya basqın etdiyinə görə
MAQAZİN
14:27 15.08.2022
506
Keçmiş həyat yoldaşı müğənni Britni Spirsin toyuna basqın etdiyinə görə həbs edilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, iyun ayında Britni Spirsin Sam Asgeri ilə toyunun qarşısını almağa çalışan keçmiş əri Ceyson Aleksandrın cəzası açıqlanıb.

Belə ki, müğənninin birinci əri Ceyson Aleksandra həbs cəzası verilib.

Kaliforniya məhkəməsi 40 yaşlı Ceyson Aleksandrı "mülkiyyətə girməkdə və zorakılığa əl atmaqda" təqsirli bilib.
 
Hazırda həbs cəzasının bir hissəsini çəkən Aleksandrın daha 64 gün həbsdə qalacağı açıqlanıb.
 
Bundan əlavə, ona keçmiş həyat yoldaşına yaxınlaşmaq qadağan edilib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR