Məşhur müğənninin vida mərasimindən FOTOLAR

Məşhur müğənninin vida mərasimindən FOTOLAR
MAQAZİN
13:30 11.07.2023
786
Həyatını itirən məşhur müğənni və aktyor Özkan Uğur üçün Atatürk Mədəniyyət Mərkəzində mərasim keçirilib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, keçirilən vida mərasimə sənətçilər qatılarkən, müğənninin gitarası onun tabutunun üzərinə qoyulub. 

Mərasimdə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, aktyor və aktrisalar Zəfər Alagöz, Çağla Şikel, Yılmaz Ərdoğan, Ozan Güvən, Cem Yılmaz və bir çox sənətçi iştirak edib Mərasimdə Özkan Uğur haqqında film də nümayiş olunub. Zalda sənətçilərin göz yaşlarını saxlaya bilmədiyi gözdən qaçmayıb. Uğurla bağlı video-təqdimatdan sonra hamı ayağa qalxaraq alqışlasa da, Cem Yılmaz oturduğu yerdə ağlayaraq çətin anlar yaşayıb.

Uğur kimi sənətçilərlə vidalaşmağın çətin olduğunu deyən nazir Ərsoy, "O, həm musiqi əfsanəsi, həm də ekranlarda ən təbii personajlardan biridir. O, örnək olacaq çox dəyərli bir istedad idi. Təəssüf ki, belə dəyərli sənətkarların yerini doldurmaq çox çətindir. Bütün sənətçilərimizə, yaxın dostlarımıza, xüsusilə onların dəyərli ailələrinə səbr diləyirəm. Hamımıza başsağlığı verirəm", - deyə kədərli fikirlər söyləyib.
  
Anası ilə səhnəyə çıxan Alişan Uğur atası ilə vidalaşaraq öz fikirlərini bölüşüb:
 
"Özkan Uğur 41 illik anamın sevgilisi, onun ömür-gün yoldaşı və sevimli atamdır. Üç nəfərlik ailəmizin təməli idi. Bəzən əsəbiləşərdik, amma sözlə ifadə edə bilməyəcək qədər çox sevirdik bir-birimizi. Atam nadir insanlardan idi. Hər kəsin bir-biri ilə yaxşı olmasını istəyirdi. Özünəməxsus musiqisi, improvizasiyası, mükəmməl aktyorluğu ilə qəlblərdə taxt-tac qurdu. Xəstəliyinin ən çətin anlarında belə gülümsəməsi həmişə üzündə idi. Onun ailəsi olaraq dərin hüznümüzü ifadə etmək üçün sözlər yetərli deyil. Zaman bizim üçün dayandı. Siz hər zaman bizimlə olacaqsınız”.

Qeyd edək ki, Özkan Uğur Taksim məscidində qılınacaq cənazə namazından sonra Karacaahmet qəbiristanlığında torpağa tapşırılacaq.
 
Mikayıl
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - “Payız fürsəti”
13:22 22.10.2026
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - “Payız fürsəti”
Dünyanın ən qəribə 5 peşəsi: Başqalarının əvəzinə yas tutur, növbədə gözləyirlər
13:05 22.10.2026
Dünyanın ən qəribə 5 peşəsi: Başqalarının əvəzinə yas tutur, növbədə gözləyirlər
Səhiyyədə ən çox nədən narazısınız? – VİDEOSORĞU
13:00 22.10.2026
Səhiyyədə ən çox nədən narazısınız? – VİDEOSORĞU
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
12:51 22.10.2026
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Mirzoyan: Azərbaycanla sülhün tezliklə imzalanması Ermənistan hökumətinin öhdəliyidir
12:50 22.10.2026
Mirzoyan: Azərbaycanla sülhün tezliklə imzalanması Ermənistan hökumətinin öhdəliyidir
İcra başçısı təyin edilən Orxan Məmmədov kimdir? - DOSYE
12:28 22.10.2026
İcra başçısı təyin edilən Orxan Məmmədov kimdir? - DOSYE
Prezident Yardımlıya icra başçısı təyin etdi
12:21 22.10.2026
Prezident Yardımlıya icra başçısı təyin etdi
Vəzifəsindən azad edilən Elçin Yusubov kimdir? - DOSYE
12:18 22.10.2026
Vəzifəsindən azad edilən Elçin Yusubov kimdir? - DOSYE
Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi
12:17 22.10.2026
Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi
Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Azadlığa buraxıldı
12:15 22.10.2026
Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Azadlığa buraxıldı
Paşinyan: Azərbaycanla sülh sazişinin 2031, hətta 2029-cu ilə qədər təxirə salınması planımızda yoxdur
12:08 22.10.2026
Paşinyan: Azərbaycanla sülh sazişinin 2031, hətta 2029-cu ilə qədər təxirə salınması planımızda yoxdur
Milli Məclis: Fransada baş verənlər hökumətin siyasi iflasının göstəricisidir
12:00 22.10.2026
Milli Məclis: Fransada baş verənlər hökumətin siyasi iflasının göstəricisidir
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti!
11:52 22.10.2026
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti!
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq
11:49 22.10.2026
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq
“Yaşıl Qarabağ” azad olunmuş ərazilərdə 500-dən çox ağac əkib - FOTOLAR
11:43 22.10.2026
“Yaşıl Qarabağ” azad olunmuş ərazilərdə 500-dən çox ağac əkib - FOTOLAR
Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı
11:30 22.10.2026
Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı