Məşhur opera müğənnisi Qarabağa gedir

Məşhur opera müğənnisi Qarabağa gedir
Bütün Xəbərlər
11:00 28.08.2015
921

Dünya şöhrətli opera müğənnisi Lyubov Kazarnovskayanın və onun “Səs və skripka” akademiyasının gənc vokalçılarının “Musiqili sürprizlər” adlı konserti avqustun 29-da “Dağlıq Qarabağ Respublikası”nın “paytaxtı” – Stepanakert (Xankəndi) keçiriləcək. 

Bu barədə “DQR Mədəniyyət və Gənclər Nazirliyi”nin Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.

AZXƏBƏR.COM   “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, konsertin xüsusi qonağı Nikola Uliveri (bas) olacaq. Konsert zamanı pianoçu Anna Krivtsova və skripkaçı Aleksandr Bronveyber təmin edəcək.

Layihənin sponsoru Qayk Maqakelyanın xeyriyyə fondudur. Xatırladaq ki, Lyubov Kazarnovskaya Azərbaycanın Xarici İşlər Nazirliyinin tərtib etdiyi “arzuolunmaz şəxslər” siyahısındadır. Lyubov Kazanovskaya iyulun ikisində də Qarabağa səfər edəcək.

OXŞAR XƏBƏRLƏR