Məşhur reper Qurd: “Hər kəsin anası-bacısı var” - FOTOLAR
MAQAZİN
16:17 01.01.2015
27814
“İşdən kənar” rublikası olaraq bayram günü də sizləri xəbərsiz qoymadıq. Hər dəfə olduğu kimi bu dəfə də daha bir tanınmışı sizlərin hüzuruna gətirdik. Növbəti qonağımız, qısa vaxt ərzində hit mahnılara imza atan və olduqca sevilən reper Qurd oldu. Müsahibimiz heç bir şeydən çəkinməyərək, verdiyimiz suallara çox səmimi və dürüst cavablar verdi. AZXEBER.COM olaraq, “İşdən kənar”ın növbəti qonağı Qurdla olan müsahibəmizi təqdim edirik.Qurd ləqəbi ilə tanıdığımız reperimizin əsl adı necədir? Fərid Eminov Nə üçün bu sənətdə öz adınızla olmadınız? Düzdür, çox gözəl adım var və bunun üçün öz ailəmə təşəkkürlərimi bildirirəm. Repdə bu cür bir qanun var ki, hər kəsin bir ləqəbi olur. Məşhur reper “Tupac”ın da adı bu cür deyildir. Mən də özümə bir ləqəb seçməliydim. Bu da “Qurd” oldu. Nə üçün məhz “Qurd”? Məni repə gətirən “Dəyirman” qrupu olub. Əsasən də Miri Yusif. O vaxtı bizim “Qurd” albomumuz işıq üzü gördü və o mənə bu adın gözəl olduğunu dedi. Bu adı da mənə məhz o qoydu. Qısa vaxt ərzində bu qədər sevilməyizi nəyə borclusuz? Hər bir kəsin özünə dəstək olan şəxslər var. Onların hər birinə çox böyük təşəkkür edirəm. Ancaq mahnılarımın məşhurlaşması və sevilməsində özümün əməyi daha böyükdür. Yazdığım sözlər və musiqi. Bu da insanlar tərəfindən olduqca sevilərək məni də çox xoşbəxt edir. Bir çox müğənnilər də Qurddan qorxurlar. Səbəb isə, onun yeni proyekti gəldikdə yenə də hit olacaq deyə çox qorxurlar. “Qurd”un dinləyiciləri əsasən hansı yaş kütləsidir? Ən böyük kütləm 4-30 yaş arasıdır. Ancaq 30-dan çox yaşı olan kütlə də mənim konsertimdə iştirak edir. Bu sənətdə rəqibiniz varmı? Əlbətdə var. Rəqibsiz mümkün deyil. Rəqibim çoxdur. Ancaq mənim rəqiblərimin də çox hissəsini reperlər yox, müğənnilər təşkil edir. Çünki, ən böyük konsertləri mən və bir neçə şou-biznes nümayəndələri var ki, onlar edir. Yazdığınız sözlər insanlar tərəfindən necə qarşılanır? Yaxşı. Çünki mən heç vaxt istəmərəm ki, söyüşdən istifadə edim. Etmirəm də. Çünki hər bir kəsin anası-bacısı var. Söyüşdən istifadə edən reperlərimiz çoxdur. Bizi uşaqlar da dinləyir. Onlara bu cür örnək olmaq olmaz. Məncə rep söyüşsüz olur. Söyük bizim mentalitetimizə uyğun deyil. Qısa müddətdə məşhurlaşmaq Qurdu dəyişmədi? Yox. Mən aristokrat ailədə doğulmuşam. Mən ailə tərbiyyəsi görmüşəm. “İşdən kənar” Qurdun nə kimi fəliyyətləri var? Mən əsasən “İSO” sistemləri üzrə mühəndisəm. Əsasən şirkətlərlə işləyirəm. Onu da qeyd edim ki, bu mənim birinci, reperlik isə ikinci sənətimdir. Asudə vaxtlarınızı necə keçirirsiniz? Asudə vaxtlarımda oğlumla plesteyşn oynayıram. Bundan əlavə dostlarımla yeyib içmək. Mühəndislikdə yoxsa, reperlikdə gəlir çoxdur? Təbii ki, şou-biznesdə gəlir daha çoxdur (gülür). Hansısa konsertlər, banketlər, film, reklam və s. Bir sözlə, şou-biznesdə sənin siman harda istifadə oluna bilərsə orda da varsan. Sonda kimə və nə demək istərdiniz? Mənim “instagram”da 17 min izləyicim varsa bunların hər biri realdır. Məhz onların reallığı üçün minnətdaram. Həmkarlarıma da bildirmək istərdim ki, özünüzü gülünc yerə qoymayasınız? Saxtakarlıq nəyə lazımdır? Azərbaycanda 120 min “instagram” istifadəçisi var. Heç kəsdə 150-160 min izləyici ola bilməzOzal İbrahimliFoto Hüseyn Mehdiyev Söhrab Asadov