Məşhur serial aktyoru azərbaycanlı pərəstişkarları ilə görüşəcək

MAQAZİN
17:30 28.09.2012
2142
Amerikanın məşhur serial aktyoru azərbaycanlı pərəstişkarları ilə görüşəcək.
AZXEBER.COM-un məlumatına görə, “Santa Barbara” serialının sevimli obrazlarından olan Meyson - Leyn Hant Devis sabah saat 15:00-da VMF şirkətinin təşkilatçılığı ilə "OMEGA" mağazasında sevənləri ilə görüş keçirəcək.
19 sentyabrda "Bakı Film"in istehsalı etdiyi "Ağabəyovlar" serialının təqdimatına təşrif buyuran Leyn Hant Devis hal-hazırda yerli aktyorlara ustad dərsləri keçir. Pərəstişkarlarının çoxsaylı müraciətlərini nəzərə alaraq, VMF şirkəti məşhur aktyorla görüş təşkil etməyi öz üzərinə götürüb. Görüş zamanı Leyn Devis pərəstişkarlarının suallarını cavablandıracaq və onunla şəkil çəkdirmək, avtoqraf almaq istəyənlərin istəklərini reallaşdıracaq.

OXŞAR XƏBƏRLƏR