"Yaprak dökümü" serialı ilə məşhurlaşan türkiyəli aktyor Tolqa Karelə ağır itki üz verib.
AZXEBER.COM "axşam.az"a istinadən xəbər verir ki, aktyorun 78 yaşlı atası Tufan Karel vəfat edib. Bu barədə məlumatı Karel İnstaqram hesabında paylaşıb.
Qeyd edək ki, aktyor hazırda Amerikada yaşayır. Karel 2015-ci ildə azərbaycanlı model Günay Musayevadan boşanıb. Onların bu evlilikdən Cahangir adlı bir oğlu var.