Məşhur türkiyəli müğənni AZXEBER.COM-a Sarkisyandan danışdı - VİDEO

Məşhur türkiyəli müğənni AZXEBER.COM-a Sarkisyandan danışdı - VİDEO
Bütün Xəbərlər
05:00 05.03.2015
4218
Türkiyənin tanınmış müğənnisi Niran Ünsal AZXEBER.COM-a özəl müsahibə verib.
Müğənni müsahibəsində bie sıra mövzularla yanaşı, AZXEBER.COM-un sualına cavab olaraq ermənilərin törətdiyi Xocalı soyqırımı haqda da ətraflı danışıb. Niran Ünsal deyib ki. Ermənistanın hazırki prezidenti Serj Sarkisyan buna görə cavab verməlidir: "Xocalıda törədilən soyqırımın insanlığa sığmayan bir hərəkətdir. Mən orada baş verənləri izləyəndə tüklərim biz-biz olur. Mən ilk növbədə bir insan. daha sonra isə ana olaraq tələb edirəm ki, ermənilər buna görə cavab versinlər. Onların etdikləri vəhşilikdir. Mən bir sənətçi olaraq əlimdən gələni edəcəm ki, Xocalı soyqırımı bütün dünyada tanısın, bunu törədənlər cəzalansınlar.
Müğənni qeyd edib ki, 26 fevral günü sosial şəbəkələrdə də bununla bağlı paylaşımlar edib: "Mən Zori Balayanın yazdıqlarını oxudum və dəhşətə gəldim. Bu yazılanlar ermənilərin əsl üzünü ortaya çıxarır, Balayan deyir ki, uşaqları, qadınları diri-diri yandırdıq, onları ağaclara bağladıq. 26 fevral günü etdiyim paylaşım da bununla bağlı idi. Bu cinayəti, vəhşəti törədənlər başda Serj Sarkisyan olmaqla hər biri cəzalarını almalıdırlar. Əminəm ki, bu tezliklə olacaq və günahsız insanların qanı yerdə qalmayacaq"
Müğənni ölkəmizdə də çox sevilən və populyar olan "Aziz dostum" mahnısını AZXEBER.COM oxucuları üçün canlı ifa edib.
Həmin görüntüləri təqdim edirik:
Hacıbəy Heydərli
OXŞAR XƏBƏRLƏR