Dünyaca məşhur "YouTuber” Leo Rex Taylanddakı mənzilində ölü tapılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, o, həmin vaxt beldən aşağı çılpaq, ağzı və burnu qan içində olub.
"YouTube”də Leo Rex kimi tanınan, əsl adı Laith Abdallah Algaz olan Amerika sosial media fenomeni Taylandın Pattaya şəhərindəki mənzildə ölü tapılıb.
Ölümündən 4 saat sonra cəsədi tapılan Rex sosial mediada seksuallıq və xüsusilə də cinsiyyət orqanını böyütmə paylaşımları ilə tanınırdı.
34 yaşlı kişinin cansız cəsədini tapan polis həmin şəxsin qara köynək geyindiyini və beldən aşağı çılpaq olduğunu bildirib.
Digər tərəfdən Rexin cansız bədəninin üzü üstə uzandığını, ağzından və burnundan qan gəldiyini bildirən səlahiyyətlilər hadisə yerində müxtəlif dərmanlara rast gəliblər.
Fenomenin evi də qarət edilib. Rəfiqəsi Çarlz Entoni Hyuz telefon zənglərinə cavab vermədikdən sonra Rexin cansız bədəni mənzilində tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Aydın











































