Məşhurlar 8 martda podiuma çıxacaq

Məşhurlar 8 martda podiuma çıxacaq
MAQAZİN
12:59 20.02.2024
260
3-cü dəfə 8 Mart Beynəlxalq Zəhmətkeş Qadınlar Günü münasibətilə təşkil olunan xeyriyyə tədbirinin bu ilki fəxri qonağı Nur Sürer olacaq.
 
AZXEBER.COM Türkiyə mətbuatına əsasən xəbər verir ki, Nur Sürer bu il zəlzələdən zərər çəkmiş universitet tələbələri olan qızlar üçün podiuma çıxacaq.

Çağla Şıkelin aparıcılığını edəcəyi gecədə müğənni Derya Uluğ səhnə alacaq. Gecənin digər dəyərli qonağı isə komediya ustası Tolqa Çevik olacaq.
 
Gecədə podiuma çıxacaq digər məşhur qadınlar arasında Bestemsu Özdemir, Burcu Biricik, Evrim Alasya,  İrem Helvacıoğlu və başqaları da var.
 
Aysel
 

 

 


 


OXŞAR XƏBƏRLƏR