Məşhurlar izləyici itkisi yaşayır – Minlərlə instaqram hesabı bağlandı

Məşhurlar izləyici itkisi yaşayır – Minlərlə instaqram hesabı bağlandı
MAQAZİN
09:48 07.05.2026
346
İnstaqram istifadəçiləri son günlər platformada izləyici saylarında qəfil və kəskin azalmalar olduğunu bildiriblər. Bu vəziyyət sosial şəbəkədə "kütləvi hesab silinməsi” və ya "bot təmizlənməsi” aparıldığı ilə bağlı müzakirələrə səbəb olub.

AZXEBER.COM xəbər verir ki, bir çox istifadəçi, o cümlədən məşhurlar və influenserlər qısa müddətdə minlərlə, bəzi hallarda isə daha çox izləyici itirdiklərini bildiriblər.

Sosial mediada yayılan məlumatlara görə, bu azalma bəzi yüksəkprofilli hesablarda da qeydə alınıb.

"Meta” hələlik bununla bağlı ətraflı açıqlama verməyib. Lakin şirkət ümumi siyasət çərçivəsində saxta, bot və qeyri-aktiv hesabların vaxtaşırı silindiyini təsdiqləyir.

"Meta”nın məlumatına görə, bu cür təmizləmələr platformanın "etibarlılığını qorumaq”, spamı azaltmaq və daha real istifadəçi statistikasını təmin etmək məqsədi daşıyır. Yəni izləyici sayındakı dəyişikliklər çox vaxt sistemli "təmizləmə” proseslərinin nəticəsi olur.

Son "təmizlik”də bəzi istifadəçilərin qısa müddətdə ciddi izləyici itkisi yaşaması diqqəti xüsusilə cəlb edib. İnfluenser və məşhurlar üçün izləyici sayı brend dəyəri və reklam gəlirləri ilə birbaşa əlaqəli olduğu üçün bu dəyişikliklər daha çox diqqət çəkir.

Yayılan iddialara görə, bəzi tanınmış hesablar da bu prosesdən təsirlənib.

Belə ki, yayılan siyahıda məşhurların silinən izləyici sayları aşağıdakı kimidir:

- Kayli Cenner - 15.000.000

- Kriştiano Ronaldo - 8.000.000

- Selena Qomez - 6.000.000

- Ariana Qrande - 6.000.000

- Teylor Svift - 4.000.000

- Castin Biber - 5.000.000

- Demet Özdemir - 400.000

- Çağatay Ulusoy - 100.000

- Pınar Deniz Yıldırım - 100.000

- Burak Deniz - 100.000.

Lakin bu rəqəmlər rəsmi olaraq təsdiqlənməyib.

Qeyd edək ki, instaqram əvvəllər də dövri olaraq saxta hesabların silinməsi əməliyyatları həyata keçirib. Bu proseslər zamanı platformada izləyici saylarında qısamüddətli enişlər müşahidə olunub.
 
Aysel
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ölkənin 30-dək şəhərində nümayiş və aksiyalar gözlənilir
08:23 30.10.2026
Bu ölkənin 30-dək şəhərində nümayiş və aksiyalar gözlənilir
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:19 30.10.2026
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İki helikopter toqquşub, ölənlər var
08:12 30.10.2026
İki helikopter toqquşub, ölənlər var
Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
08:03 30.10.2026
Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir
08:00 30.10.2026
ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir
ABŞ generalı Ukrayna və İranla bağlı məxfi məlumatları sızdırdığını etiraf edib
07:58 30.10.2026
ABŞ generalı Ukrayna və İranla bağlı məxfi məlumatları sızdırdığını etiraf edib
İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında partlayışlar baş verib
07:56 30.10.2026
İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında partlayışlar baş verib
İstanbuldan Moskvaya uçan dörd sərnişin təyyarəsi geri qaytarılıb
07:50 30.10.2026
İstanbuldan Moskvaya uçan dörd sərnişin təyyarəsi geri qaytarılıb
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
07:40 30.10.2026
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
ABŞ İsrailə 10 hərbi nəqliyyat təyyarəsi göndərdi - Böyük müharibə hazırlığıdır?
07:33 30.10.2026
ABŞ İsrailə 10 hərbi nəqliyyat təyyarəsi göndərdi - Böyük müharibə hazırlığıdır?
Altı yaşlı uşaq lotereyada bahalı avtomobil qazandı
07:23 30.10.2026
Altı yaşlı uşaq lotereyada bahalı avtomobil qazandı
Moskvanın bu hava limanları fəaliyyətini dayandırdı
07:20 30.10.2026
Moskvanın bu hava limanları fəaliyyətini dayandırdı
Rusiya Kiyevə ballistik raketlə zərbə endirib, ölən var
07:17 30.10.2026
Rusiya Kiyevə ballistik raketlə zərbə endirib, ölən var
KİV: Pentaqon rəhbəri baş hərbi planlaşdırıcını vəzifəsindən azad edib
07:08 30.10.2026
KİV: Pentaqon rəhbəri baş hərbi planlaşdırıcını vəzifəsindən azad edib
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
06:50 30.10.2026
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
Bu kənddə qadınlar 100 il yaşayırlar
06:38 30.10.2026
Bu kənddə qadınlar 100 il yaşayırlar