Məşhurun 'bomj' qardaşı tualetdə həbs olundu

Məşhurun
Bütün Xəbərlər
12:21 25.04.2013
1303
Dünya estradasının Madonnasının evsiz qardaşı 56 yaşlı Entoni Çikkone həbs edilib.AZXEBERE.COM-un "New York Daily News"a istinadən verdiyi məlumata görə, Entoni polislə dalaşdıqdan sonra ictimai tualeti tərk etməkdən imtina edib. Hadisə Miçiqan ştatının "Traves Siti" mərkəzində baş verib.Ulduzun qardaşının polislə davası alnında 9 tikişlə və həbslə nəticələnib. İnsident qadın polisin həddindən artıq sərxoş vəziyyətdə olan avaranı həbs etmək istəyərkən baş verib. Bu zaman Entoni ictimai tualetə girib, oradan çıxmaq istəməyib. Madonnanın qardaşı çox aqressiv olub və polis onu yerə uzatmağa məcbur olub. Yıxılan zaman isə alnı döşəməyə dəyərək möhkəm zədələnib.Xatırladaq ki, Madonnanın qardaşı yataq kisəsi ilə körpü altında yaşayır. O, ailə müəssisəsində işini itirər-itirməz mövcud olmaq üçün bir qəpiksiz qalır. Pop-ulduzun qardaşı atası Toni Çikkonedən qalma üzümlük 2004-cü ildə iflasa uğradıqdan sonra təmamilə kasıblaşıb. Entoni təsadüfi qazanclarla və hətta küçələrdən içki şüşə qablarını toplamaqla keçinir. O, Amerika mətbuatına müsahibəsində ailəsinin ondan üz döndərdiyini, küçələrdə aclıq keçirməsinə razı olduğunu deyib. Bununla belə milyoner bacısına möhtac olmadığını və təklif edərsə belə Madonnadan pul qəbul etməyəcəyini bildirib.Madonnanın daha bir qardaşı – Kristofer Çikkone 2008-ci ildə "Bacım Madonna ilə həyatım” adlı kitab nəşr etdirib. Hansıki ifaçı kitabın çap olunmasına razılıq verməmişdi.Onlardan başqa Madonnanın Pola və Melani adında iki doğma bacısı və Martin adında qardaşı var.
OXŞAR XƏBƏRLƏR