"Barselona" Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "İnter"lə qarşılaşacaq.
Kataloniya təmsilçisinin kapitanı Lionel Messi sözügedən səfər matçının heyətinə daxil edilməyib.
Baş məşqçi Ernesto Valverde Messiyə istirahət verdiyini açıqlayıb. Leo son 8 ildə ilk dəfə Çempionlar Liqasında bir görüşün heyətinə daxil edilməyib. Argentinalı futbolçu sonuncu dəfə 2011-ci ildə, BATE ilə keçirilən oyunda heyətdə olmamışdı.
Qeyd edək ki, bu gün keçiriləcək "İnter" - "Barselona" matçı saat 00:00-da start götürəcək.
matc.az