Messi 800-cü qolunu vurdu

İDMAN
13:50 24.03.2023
196
Argentina millisinin ulduz futbolçusu Lionel Messi peşəkar karyerasında 800-cü qolunu vurub.

AZXEBER.COM xəbər verir ki, 36 yaşlı hücumçu Panamaya 2:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyununda fərqlənib.

Forvard 89-cu dəqiqədə komandasının sonuncu qoluna imza atıb.

Fransa PSJ-sində çıxış edən Messi klub karyerasında 701, yığmada isə 99 dəfə fərqlənib.
Qeyd edək ki, Lionel Messi 2005-ci ildən Argentina millisinin formasını geyinir.
OXŞAR XƏBƏRLƏR