Messi Argentina millisində vida matçını keçirib

Messi Argentina millisində vida matçını keçirib
İDMAN
08:03 07.10.2026
499
Argentina futbol millisi ulduz hücumçu Lionel Messinin yığma komandadakı vida matçında Benin seçməsini 3:0 hesabı ilə məğlub edib.

Buenos-Ayresdəki "Monumental Antonio Vespussi Liberti" stadionunda keçirilən qarşılaşmadan əvvəl tribunaya Messinin 10 nömrəli formasının və "GRACIAS" yazısının əks olunduğu nəhəng banner açılıb.

Matçın 10-cu dəqiqəsində oyun dayandırılıb və Argentina millisinin 10 nömrəli futbolçusu növbəti dəfə alqışlarla yola salınıb. Bir dəqiqə ərzində stadionda olan azarkeşlər və hər iki komandanın futbolçuları Messini alqışlayıblar.

İlk hissə qolsuz başa çatıb. İkinci hissədə Nikolas Otamendi, Niko Pas və Lionel Messi fərqləniblər. Görüşün əsas qəhrəmanı olan Messi isə vurulan hər üç qolda iştirak edib və iki məhsuldar ötürmə verib.

Əfsanəvi hücumçu Argentina millisində ilk oyununu 2005-ci ilin avqustunda Macarıstana qarşı keçirilən yoldaşlıq görüşündə (2:1) keçirib. Messi yığmanın heyətində ümumilikdə 208 matçda 126 qol vurub və 69 məhsuldar ötürmə edib.

O, Argentina ilə 2022-ci ildə dünya çempionu olub, iki dəfə Amerika Kubokunu (2021, 2024) və 2022-ci ildə Finalissimani qazanıb.

Messi daha əvvəl 2026-cı il dünya çempionatından sonra Argentina millisində çıxışını başa çatdıracağını açıqlayıb.
 
///report///
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda maşın Əməkdar müəllimi piyada keçidində vurub öldürdü
21:13 23.11.2026
Bakıda maşın Əməkdar müəllimi piyada keçidində vurub öldürdü
Çempionlar Liqasında "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib
21:04 23.11.2026
Çempionlar Liqasında "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib
20:56 23.11.2026
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib
Altı uşaq atası Kürdə batdı: "Sözümə baxmadı, getdi" - Video
20:51 23.11.2026
Altı uşaq atası Kürdə batdı: "Sözümə baxmadı, getdi" - Video
Elmin Fərəcov yüksək vəzifəyə təyin olundu
20:40 23.11.2026
Elmin Fərəcov yüksək vəzifəyə təyin olundu
Türkiyə millisinin sabiq üzvü karyerasına fasilə verdi - Səbəb
20:31 23.11.2026
Türkiyə millisinin sabiq üzvü karyerasına fasilə verdi - Səbəb
Qılınc Məmmədov vəfat etdi
20:25 23.11.2026
Qılınc Məmmədov vəfat etdi
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb
20:21 23.11.2026
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb
Paşinyan Aİ səfirləri ilə Ermənistanın yeni konstitusiya layihəsini və TRIPP-i müzakirə edib
20:15 23.11.2026
Paşinyan Aİ səfirləri ilə Ermənistanın yeni konstitusiya layihəsini və TRIPP-i müzakirə edib
Qarabağ Universiteti: Heç bir tələbə ali təhsil müəssisəsindən qovulmayıb
20:08 23.11.2026
Qarabağ Universiteti: Heç bir tələbə ali təhsil müəssisəsindən qovulmayıb
Avropa Komissiyası Rusiya ilə ikitərəfli danışıqlardan imtina edib
20:01 23.11.2026
Avropa Komissiyası Rusiya ilə ikitərəfli danışıqlardan imtina edib
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
19:36 23.11.2026
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Apteklərə göz müayinələri ilə bağlı xəbərdarlıq
19:19 23.11.2026
Apteklərə göz müayinələri ilə bağlı xəbərdarlıq
Aİ Rusiya ilə ikitərəfli təhlükəsizlik məsləhətləşmələrindən imtina edib
19:00 23.11.2026
Aİ Rusiya ilə ikitərəfli təhlükəsizlik məsləhətləşmələrindən imtina edib
Çin dövlət sirlərini xarici ölkəyə ötürən məmuru ölüm cəzasına məhkum edib
18:53 23.11.2026
Çin dövlət sirlərini xarici ölkəyə ötürən məmuru ölüm cəzasına məhkum edib
Vuçiç cinayətkar qruplaşmalardan ölüm təhdidləri aldığını bildirib
18:41 23.11.2026
Vuçiç cinayətkar qruplaşmalardan ölüm təhdidləri aldığını bildirib