Lionel Messinin İspaniya "Barselona"sı ilə imzalayacağı yeni müqavilənin müddəti bəlli olub.
Bu barədə məlumatı italiyalı jurnalist Nikola Skira özünün tvitter səhifəsində paylaşıb.
Onun sözlərinə görə, argentinalı hücumçu Kataloniya təmsilçisinin 2 illik sözləşmə təklifini qəbul edib. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.
Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə hazırkı müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
///Report