Messi bu hərəkətinə görə cərimələndi

Messi bu hərəkətinə görə cərimələndi
İDMAN
14:29 22.08.2026
135
"İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi və müdafiəçi Yan Frey qeyri-idman davranışlarına görə cərimələniblər.

MLS-in 22-ci turu çərçivəsində keçirilən və 2:2 hesabı ilə başa çatan qarşılaşmada gərgin anlar yaşanıb.

Belə ki, oyun zamanı argentinalı ulduz Freyin pası ilə fərqlənsə də, matçın əsas qalmaqalı meydandakı qarşıdurmalar zamanı baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdən görünür ki, Messi "Filadelfiya”nın yarımmüdafiəçisi Kuin Sallivanla mübahisə edərək əli ilə onun başına zərbə endirib.

Daha sonra Sallivan Frey ilə də toqquşub, hakimin əlavə etdiyi dəqiqələrdə isə Kuinin qardaşı və komanda yoldaşı Kavan Sallivan "Mayami”nin futbolçusu Yanik Brayt ilə əlbəyaxa dava edib. Nəticədə hər iki futbolçu qırmızı vərəqə alaraq meydandan qovulub.

Müstəqil komissiya matçın bütün qalmaqallı epizodlarını diqqətlə araşdırdıqdan sonra birbaşa Kavan Sallivanın qırmızı vərəqəsini ləğv edib. Lakin Messi və Frey pul cəriməsinə məruz qalıblar. Tətbiq olunan cərimənin dəqiq məbləği isə açıqlanmır.

Xatırladaq ki, MLS-in cari mövsümündə 39 yaşlı Messi 17 matçda meydançaya çıxaraq 13 qol vurub və 7 məhsuldar ötürmə edib. O, hazırda "İnter Mayami”nin ən yaxşı bombardiridir.
 
//Qafqazinfo 
OXŞAR XƏBƏRLƏR