İspaniya məhkəməsi vergi ödəməkdən boyun qaçırdığı üçün futbolçu Lionel Messi və atası Xorxe Orasio haqda qərar çıxarıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, məhkəmənin hökmü ilə futbolçu və atası 21 ay həbs cəzasına məhkum edilib.
Bildirilir ki, ata və oğul 2007-2009-cu illərdə vergi sənədlərini saxtalaşdırmaqla İspaniya büdcəsinə 4.1 milyon avro ziyan vurublar.
Lakin İspaniya qanunlarına əsasən, cəza 2 ildən az olarsa, həmin şəxslər nəzarət altında sərbəst buraxılırlar.
Məhkəmənin qərarına əsasən, Messi 2 milyon, atası isə 1.5 milyon avro cərimələnib.
Qeyd edək ki, Lionel 2009-cu ildən bəri görüşdüyü sevgilisi Antonella Rokkuzzo ilə bu ilin iyunun 30-da nikah masasına oturacaq. Cütlüyün 2 övladı var.