Messi "İnter Mayami"də qalacaq

İDMAN
12:54 12.10.2023
216
MLS-də mövsüm başa çatdıqdan sonra təxminən 4 ay futboldan uzaq qalacaq Lionel Messinin bu müddət ərzində İspaniya və ya Səudiyyə Ərəbistanı klublarına icarəyə verilə biləcəyi iddia edilsə də, argentinalı ulduz komandada qalmağa qərar verib.

AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, idman jurnalisti Fabrizio Romano yazıb ki, Messinin Səudiyyə Ərəbistanı və Barselona ilə əlaqələri olsa da, futbolçunun heç bir komandaya icarəyə verilməyi planlaşdırmır.

Buna uyğun olaraq, Lionel Messinin 2024-cü ilin fevralına qədər oynayacağı matçlar və təqvim belədir:

OKTYABR
 
13 oktyabr: Argentina-Paraqvay
18 oktyabr: Peru-Argentina
19 oktyabr: İnter Mayami-Şarlotta
22 oktyabr: Şarlotta-İnter Mayami
 
NOYABR 
 
17 noyabr: Argentina-Uruqvay
22 noyabr: Braziliya-Argentina
Asiyada "İnter Mayami" ilə yoldaşlıq oyunları
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR