Messi yaxşıların yaxşısı oldu

İDMAN
00:16 27.08.2011
1882

Avropanın ən yaxşı futbolçusu mükafatının sahibi “Barselona”nın oyunçusu Lionel Messiyə qismət olub. AZXEBER.COM-un məlumatına görə, o, səsvermədə Kriştianu Ronaldu və Xavi Ernandesi qabaqlayıb. Lionel Messiyə mükafat Monakoda UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı təqdim edilib. Argentina millisinin hücumçusu ötən mövsüm “Barselona”nın heyətində 53 qol vurub. O, 12 dəfə Çempionlar Liqasında fərqlənib və ardıcıl üçüncü dəfə turnirin ən yaxşı bombardiri olub.

OXŞAR XƏBƏRLƏR