Dünyaca məşhur “FOX Sports” kanalının rəsmi “Twitter” səhifəsində, qeyri-adi bir status insanlarda çaşqınlıqa səbəb olub.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “Twitter”də Lionel Messinin məşqdə infakt keçirərək öldüyü məlumatı yer alıb. Məlumata görə, şənbə günü axşam saatlarında “Messinin məşq vaxtı infakt keçirərək, həyatını itirib” sözləri və “Allah rəhmət etsin Messi” başlığıyla bir mesaj paylaşılıb. Bu mesaj bir neçə saniyə sonra “Twitter” hesabından silinib. Ancaq qısa müddət ərzində təxminən 250 min insan tərəfindən bu məlumat oxunub.
Qeyd edək ki, “FOX Sports” kanalının rəhbərliyi statusun onlar tərəfindən deyil, hakerlər tərəfindən yazıldığını bildiriblər.
Ozal İbrahimli