Messinin yeni klubunda ictimaiyyətə təqdim olunacağı vaxt müəyyənləşib

İDMAN
20:10 25.06.2023
274
Argentina millisinin futbolçusu Lionel Messi və İspaniya yığmasının sabiq üzvü Serxio Busketsin ABŞ-ın "İnter Mayami" klubunda təqdim olunacağı vaxt müəyyənləşib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hər iki oyunçunun təqdimat mərasimi iyulun 16-da olacaq.

MLS təmsilçisi futbolçuların transferindən maksimum yararlanmağa hazırlaşır. Bu səbəbdən ev oyunlarını keçirdikləri stadionda oturacaqların sayının artırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, Lionel Messi "İnter Mayami"yə Fransanın PSJ klubundan, Buskets isə İspaniya "Barselona"sından keçib.
OXŞAR XƏBƏRLƏR