Məsud Pezeşkian: "Azərbaycan Prezidenti ilə görüşüm çox konstruktiv keçdi"
SİYASƏT
22:56 01.09.2026
125
İran Prezidenti Məsud Pezeşkian Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşü çox konstruktiv adlandırıb.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, Pezeşkian bu barədə ŞƏT sammitinin yekunlarına dair danışarkən bildirib.
"Bu zirvə toplantısında Hindistan, Rusiya, Azərbaycan, Qırğızıstan, Tacikistan və Pakistan da daxil olmaqla, altı dövlət başçısı ilə birbaşa danışıqlar apara bildik. Bütün bu danışıqlar çox konstruktiv keçdi.
Düşünürəm ki, bu görüşlər çox səmərəli oldu və bütün tərəflər problemlərin həllində bir-birinə kömək etməyə hazır olduqlarını təsdiqlədilər ki, regionda sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində birlikdə işləyə bilək" , - deyə o vurğulayıb