"Meta"dan vacib addım: İstifadəçilərə reklamsız abunə imkanı yaratdı

MARAQLI
12:19 31.10.2023
338
Facebook və Instagram sosial media platformalarını ehtiva edən Meta şirkəti Avropa İttifaqı qaydalarına riayət etmək üçün istifadəçilərinə aylıq reklamsız abunə imkanı təqdim edəcəyini açıqlayıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Metadan açıqlama verilib.

Açıqlamada Avropadakı qaydalara uyğun gəlmək üçün Avropa İttifaqı (AB), Avropa İqtisadi Bölgəsi və İsveçrədə yeni abunə variantının təklif ediləcəyi bildirilib.

Noyabr ayında bu bölgələrdəki Facebook və ya Instagram istifadəçilərinə reklamlarla pulsuz olaraq fərdiləşdirilmiş xidmətlərdən istifadə etməyə davam etmək və ya reklamları bloklamaq üçün abunə olmaq imkanı veriləcək.

İstifadəçilər abunə olduqları halda, onların məlumatlarından reklam üçün istifadə edilməyəcəyi, abunə haqqının internet vasitəsilə ayda 9.99 avro, iOS və Android mobil əməliyyat sistemləri ilə isə ayda 12.99 avro olacağı bildirilib.

Qeyd edək ki, Meta-nın xalis mənfəəti bu ilin üçüncü rübündə 164 faiz artaraq 11,6 milyard dollara çatıb. Şirkət 2022-ci ilin üçüncü rübündə 4.4 milyard dollar xalis mənfəət açıqlayıb.

Şirkətin 2022-ci ilin üçüncü rübündə 1,64 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 4.39 dollara çatıb.

Mikayıl

OXŞAR XƏBƏRLƏR