“Mətanət A” şirkəti nüfuzlu beynəlxalq sərgidə iştirak edib - FOTOLAR

“Mətanət A” şirkəti nüfuzlu beynəlxalq sərgidə iştirak edib - FOTOLAR
İQTİSADİYYAT
12:35 08.04.2019
4243
2-5 Aprel tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində "MosBuild 2019” beynəlxalq tikinti və inşaat materialları sərgisi keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycandan olan şirkətlər öz məhsullarını "Made in Azerbaijan” vahid ölkə stendində təqdim edib.

Qeyri-neft sektorunda qabaqcıl şirkətlərdən olan və Cənubi Qafqazın ən böyük tikinti materialları istehsalçılarından biri, satış coğrafiyasını hər il genişləndirən "Mətanət A” şirkəti də Moskvada keçirilən "MosBuild 2019” beynəlxalq tikinti və inşaat materialları sərgisində iştirak edib. 4 gün davam edən sərginin ziyarətçiləri "Mətanət A” şirkətinə məxsus olan qlobal markalara- "Matanat”, "Shpak”, "Akdeniz”, "Fasnatural”, "Fasmatik”, "İzolatexe”, "İzokrist”, "FugaFil” və digər məhsullara böyük maraq göstərib. Şirkət nümayəndələri ziyarətçilərə məhsullarla bağlı ətraflı məlumatlar verib. Sevindirici haldır ki, daim innovativ yenilikləri öz fəaliyyətinə tətbiq edən və bu gün daha da qloballaşaraq öz ixrac coğrafiyasını daha da genişləndirən "Mətanət A” şirkətinin məhsulları xarici istehlakçıların da geniş rəğbətini qazanıb. Buna səbəb isə məhsulların yüksək keyfiyyət parametrlərinə sahib olması, eyni zamanda ekoloji sağlam olması, həm də müasir inşaat materiallarının istehsal standartlarına uyğun gəlməsidir. Sərgi müddətində bir çox korporativ əməkdaşlıqlar, yeni ixrac imkanları haqqında da müzakirələr aparılıb.

Qeyd edək ki, "MosBuild” sərgisi bu il 25-ci dəfə təşkil olunub. Sərgidə dünyanın 40 ölkəsindən 1200-dən çox şirkət iştirak edib.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO